Bredd Pitt və Ancelina Coli boşanmayıblar - FOTO

OXUNUB: 496 MARAQLI

Məşhur aktyorlar, Hollivud ulduzları Bredd Pitt və Ancelina Coli hələ də boşanmayıblar.

 42 yaşlı A.Colinin boşanma ərizəsi ilə məhkəməyə müraciət etməsindən artıq ilyarım keçir.

Ərizə 2016-cı ilin sentyabrında verilsə də, boşanmanın şərtləri ilə bağlı proses davam edir.

53 yaşlı Bred Pitt və xanımı ötən ilin sonlarında məhkəməyə müraciət edərək prosesin uzadılmasını istəyiblər.

 

"Onlar hər şeyin normal olmasını istəyirlər. Bredlə Ancelina ailə dəyərlərinə çox üstünlük verirlər. Asan deyil, amma onlar razılaşıblar ki, baş verənlərin geniş kütləyə heç bir dəxli yoxdur", - ailəyə yaxın mənbə deyib.

Bred Pittlə Ancelina Coli 12 il qeyri-rəsmi nikahda yaşayandan sonra 2014-cü ildə Fransadakı Şato Miraval qəsrində evlənmişdilər. Onların 6 övladı (16 yaşlı Meddoks, 14 yaşlı Paks, 12 yaşlı Zahara, 11 yaşlı Şaylo və 9 yaşlı əkizlər Noksla Vivyen) var./milli

İcmal.Az

RƏYLƏR