Brilliant Dadaşovanın konsertində ANŞLAQ - FOTO/VİDEO

OXUNUB: 802 ŞOU-BİZNES

Martın 3-də Xalq artisti Brilliant Dadaşovanın Heydər Əliyev Sarayında "Bu həyat sevgi ilə daha gözəldir” adlı solo konserti baş tutub.

Xalq artisti 5 illik fasilədən sonra 20 nəfərlik ansamblı ilə yeni və repertuarındakı sevilən mahnıları ilə tamaşaçılarına əsl musiqi ziyafəti yaşadıb.

Bəstəkar Vaqif Gərayzadənin bədii rəhbərliyini etdiyi konsertin biletləri bir ay öncədən satılıb. Anşlaqla keçən konsertdə sevənləri Xalq artistini gül-çiçək yağışına tutub.

Alqış sədaları gücləndikcə zala enən Brilliant xanım tamaşaçıların müşayiəti ilə birlikdə "Bəri bax” mahnısını ifa edib. Brilliant xanım xalq mahnılarını estrada musiqisinin pərəstişkarlarına sevdirməyi ilə qürur duyduğunu dilə gətirib.

Gecədə bəstəkarlar Vagif Gərayzadə, Aygün Səmədzadə, Nailə Mirməmmədli və Yeganə Axundova müğənninin ifalarında mahnılarını royalda özləri müşaiyət edib.

Qeyd edək ki, konsert Azərbaycan televiziyası tərəfindən lentə alınıb.

İcmal.Az


RƏYLƏR