Livanda Britaniyalı diplomatı zorlayıb, meyitini küçəyə atdılar – TƏFƏRRÜAT

OXUNUB: 648 DÜNYA

İngiltərənin Böyük Britaniyanın Livandakı səfirliyinin diplomatı Rebekka Dykes Livanda avtomobil yolunun yaxınlığında ölü tapılıb.

İcmal.Az milli.az-a istinadən xəbər verir ki, polis açıqlamasında şənbə axşamı paytaxt Beyrutun şimal hissəsindəki yol kənarında bir qadın cəsədinin tapıldığı haqda məlumat yayıb.

Açıqlamada ölüm səbəbinin və kimliyinin müəyyən edilməsi cəsədin ekspertizaya aparıldığı deyilib. Ekspertiza sonrası cəsədin İngiltərənin Livandakı səfirliyində çalışan Dykesə aid olduğu üzə çıxıb.

Olayla bağlı istintaqın davam etdiyi deyilir.

İngiltərə Xarici İşlər Nazirliyi də olayı təsdiq edərək livanlı səlahiyyətlərlə cinayət faktını birgə araşdırdıqlarını bildirib.

Livan mediasında yer alan xəbərlərə görə, cəsədin yarılması sonrası Dykesə öldürülməmişdən öncə təcavüz edildiyi və ölümünə səbəb kimi boğulduğu göstərilib.

Əvvəllər İraq və Livanda çalışan Dykes 2017-ci ilin yanvarından Livanda İngiltərə hökümətinə aid Beynəlxalq İnkişaf Departamentində fəaliyyət göstərirdi.

***

17.12.2017 (23:09)

Böyük Britaniyanın Livanın paytaxtı Beyrutdakı səfirliyində işləyən diplomatı Rebekka Dayks bazar günü ölü tapılıb.

 Bu barədə yerli polisə istinadən BBC məlumat yayıb.

Qadının meyiti yol kənarında aşkar edilib./oxu

İcmal.Az

RƏYLƏR