BDU-nun keçmiş müəlliminə dələduzluq və oğurluq maddəsi ilə cinayət işi başlayıb.
"Yeni Sabah”ın məlumatına görə, Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 178.2.2 (dələduzluq- təkrar törədildikdə) və 177-ci (oğurluq) maddələri ilə təqsirləndirilən Mikayılova Həcər Hacımayıl qızının həbs- qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə prosesinə Yasamal Rayon Məhkəməsinin hakim Fərid Əyyubovun sədrlik edib.
Qeyd edək ki, Texnika elmləri namizədi Həcər Mikayılova 2013-cü ilə kimi Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin Geodeziya və kartoqrafiya kafedrasında baş müəllim kimi çalışıb sonra isə işdən çıxıb.
Bu barədə "Yeni Sabah”a BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin rəhbəri Günel Orucəliyeva məlumat verib.
7News.Az
























