“Bu, çox böyük bir tarixdir.” - PARTİYA SƏDRİ

OXUNUB: 421 GÜNDƏM Özəl SİYASƏT
 

"Sabah Azərbaycan xalqı "Zəfər bayramı”nın növbəti ildönümünü qeyd edəcək. Bu, çox böyük tarixdir. O tarix ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Qəhrəman Ordumuz tərəfindən qızıl hərflərlə yazılıb. 44 günlük Vətən Müharibəsində xalqımız öz əzmini, əzəmətini, qüdrətini nümayiş etdirdi, rəşadətli əsgərlərimiz düşmənin başını əzdi, 30 il əsarətdə olan əzəli torpaqlarımız geri qayıtdı, ərazi bütövlüyümüz bərpa edildi.” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Təbii ki, məlum qələbə ilk növbədə Azərbaycanın gücü və ölkədə yürüdülən düzgün, məqsədyönlü siyasətin nəticəsi idi. Cənab Prezident İlham Əliyev hələ müharibədən əvvəlki nitqlərində, çıxışlarında hər zaman söyləyirdi ki, biz işğal faktı ilə barışmayacayıq və öz əzəli torpaqlarımızı bir gün mütləq, nəyin bahasına olursa olsun geri qaytaracayıq. Və belə də oldu. Növbəti erməni təxribatlarının birindən sonra Azərbaycan Ordusu bütün cəbhə boyunca əks-hücuma keçdi, ermənini darmadağın etdi və bizləri Qələbəyə, Zəfərə doğru apardı.

Müharibənin gedişində bir çox kənar təsirlər vardı. Fransa və onun timsalında bir sıra ölkələr mövzuya, məsələyə ədalətsiz yanaşırdılar, işğalçıya açıq dəstək verirdilər. Amma bütün bunlar nəticəni dəyişə bilmədi. Sonucda ədalət zəfər çaldı, haqlı olan qalib gəldi, işğala son qoyuldu.

"Zəfər günü” bizim üçün çox əziz, çox qiymətli gündür. Tanrı doğma Azərbaycanımıza hər zaman böyük qələbələr qismət eləsin.” – deyə Partiya sədri fikirlərinə davam edib.

RƏYLƏR