“Bu, elmə və təhsilə hörmətsizlikdir” – Deputat rektoru QINADI

OXUNUB: 935 index-manşet SİYASƏT
"Uzun illərdir ki, vəzifəli şəxslərin Dövlət Ali məktəblərində kafedra müdiri vəzifələrini tutmaları geniş vüsət alıb. Bu, elmə və təhsilə hörmətsizlikdır. Bu ənənə AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASINDAN da yan keçməyib”.

Bu sözləri Milli Məclisin deputatı Etibar Əliyev özünün facebook hesabında yazıb. Etibar Əliyev qeyd edib ki, Akademiyada "Dövlət qulluğu və kadr siyasəti” kafedrasının müdiri Ramiz Mehdiyevdir:

"Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının müdiri Əli Həsənovdur. "Fəlsəfə və sosial psixologiya” kafedrasının müdiri isə Prezident Adminstarsiyasında işləyən, fəlsəfədən və sosial psixologiyadan xəbərsiz Etibar Nəcəfovdur. Rektordan soruşmaq lazımdır. Rəhbərlik etdiyi Ali məktəbin üç mühüm kafedrasının müdirlərini axırıncı dəfə Akademiyada nə zaman görüb!”

RƏYLƏR