Bu il Ukrayna 99,8 faiz nefti Azərbaycandan idxal edib

OXUNUB: 464 İQTİSADİYYAT
Bu ilin iyun ayında Azərbaycan Ukraynaya 33,18 milyon ABŞ dolları dəyərində xam neft ixrac edib.

Bu barədə Ukraynanın Dövlət Gömrük Xidmətinin yarım illik hesabatında deyilir.

Məlumata görə, bu ilin yanvar-iyun aylarında isə Ukrayna Azərbaycandan 207,42 milyon ABŞ dolları dəyərində xam neft idxal edib.

Ümumilikdə, bu ilin ilk yarım ilində Ukrayna xam neft idxalının dəyəri 2020-ci ilin eyni dövrü ilə müqayisədə 21,5 % azaldıb və ümumi idxalın dəyəri 207,81 milyon ABŞ dolları təşkil edib. Bu dövr ərzində Ukrayna Litvadan 0,39 milyon ABŞ dolları dəyərində xam neft idxal edib.

Bununla da Ukrayna bu il ərzində cəmi iki ölkədən xam neft idxal edib ki, bunun da 99,8 %-i Azərbaycanın payına düşür.

Bu ilin yanvar-iyun aylarında ölkəyə xam neft idxalının həcmi 267,82 min ton və ya 34,6 % azalaraq 2020-ci ilin eyni dövrü ilə müqayisədə 505,69 min ton təşkil edib.

Bundan başqa, hesabat dövründə Ukrayna Rumıniyaya ümumi dəyəri 27,13 milyon ABŞ dolları olan 89,96 min ton həcmində xam neft ixrac edib. 2020-ci ilin yanvar-iyun aylarında isə Ukraynadan xam neftixracı həyata keçirilməyib.

RƏYLƏR