Bu jüri “O səs Türkiyə”dən ayrıldı

OXUNUB: 610 ŞOU-BİZNES

Türkiyənin TV8 kanalında yayımlanan "O səs Türkiyə” yarışmasında jürilərdən biri olan müğənni Gökhan Özoğuz yarışmadan ayrılır.

 Bu barədə ifaçı özü açıqlama verib:

"Proqrama görə musiqidən uzaq qalmışam. Buna görə də televiziyadan uzaq qalıb, daha çox musiqi ilə məşğul olacam. Gələn ildən etibarən "O səs Türkiyə” jürisində olmayacam”.

Qeyd edək ki, indiyədək yarışmada Hülya Avşar, Ebru Gündeş, Sibel Can, MFÖ qrupu, Mustafa Sandal jürilik edib və yarışmadan ayrılıb.

Hazırda yarışmada jüri olaraq Yıldız Tilbe, Hadise, Murat Boz və Gökhan Özoğuz yer alır./BNEWS.az

 

İcmal.Az

RƏYLƏR