Bu "azadlıq" qəzeti haqda fikirlərimizi hansı sözlərlə
ifadə edək ki, mahiyyətlərinə uyğun gəlsin? İnanın ki, deməyə söz qalmayıb. Hətta
sarı media da bunu etmir.
Təsəvvür edirsiniz? ATƏT-in qısa müddətli müşahidə missiyasının rəhbəri və
xüsusı koordinatoru Azay Quliyev Qırğızıstanda keçirilən prezident seçkilərinin
yekununa dair digər beynəlxalq təşkilatların, xarici medianın iştirakı ilə mətbuat
konfransı keçirərək, Avropa Şurası Parlament Assambleyası, ATƏT-in Parlament
Assambleyası, Avropa Parlamenti və ATƏT-in Demokratik Təsisatlar və İnsan
Haqları Bürosunun birgə ilkin rəyini açıqlayır. Tutaq ki, bunu Almaniyadan,
Böyük Britaniyadan, lap elə Ukraynadan olan millət vəkili, kordinator elan etsəydi
azadlıq qəzetinin, onun başbilənlərinin, Milli Şuranın, elə Azadlıq radiosunun
reaksiyası necə olardı? Bəllidir, elə deyilmi? Əlbəttə çıxışı geniş
işıqlandırardılar.
İndi düşünək ki, realda birgə rəyi azərbaycanlı deputat, ATƏT PA-nın vitse-
prezidenti elan edir, bütün dünyanın diqqəti həmin Azərbaycanlının sözlərindədir,
yüzlərlə yerli və beynəlxalq media orqanı mətbuat konfransından canlı yayım
edir, yüksək peşəkarlıq və diplomatik üslub saxlanılmaqla hazırlanan bəyanatı hər
yerdə yayılır. Bir azərbaycanlı kimi nə hiss keçirirsiniz? Cavabınız təxminən bəllidir.
Hər kəs qürur hissi keçirir.
Amma görün "azadlıq" qəzeti nə hiss keçirir? Demək Qırğız mətbuatı və
tərcüməçi bir sözün tərcüməsində yalnlışlığa yol verir. İzah edim: Azay Quliyev
bəyanatında "self-sensorship" sözü işlədir, (fotoda qeyd olunub) yəni
özünə senzura, yerli mətbuat bunu tərcüməçinin səhvən işlətdiyi "KİV-ə
senzura" kimi anlayaraq yayır. Sonra nə olur? Hazırki prezident Atambayev
beynəlxlaq müşahidəçilərlə keçirdiyi görüşdə açıqlama verir ki, Qırğızıstanda
KİV-ə senzura yoxdur. Öz məsuliyyətini dərk etməyən KİV haqqında sərt cəzalar
olsa da, seçkini izləmək üçün heç bir media orqana qadağa qoyulmayıb.
Atambayevlə görüşdə iştirak edən ATƏT-ın qısa müddətli müşahidə missiyasının rəhbəri
və xüsusı koordinatoru Azay Quliyev məsələyə bir daha aydınlıq gətirir və izah
edir ki, o mətbuata müsahibə verməyib və missiyanın yekun bəyanatını mətbuat
konfransında səsləndirib. Bəyanatda isə "KIV -ə senzuradan" yox,
"özünə-senzuradan" söhbət gedir və bunlar da fərqlı anlayışlardır. Əgər
sizin dediyiniz kimi, yəni ölkədə "KIV -ə senzura var" ifadəsi mənim
adımdan deyilibsə, bu yalnız tərcümə xətası və ya jurnalist səhvidir. Missiya rəhbəri
onu da əlavə edib ki, ATƏT-ın ilkin hesabatında da "self-sensorship"
ifadəsi qeyd olunub və həmin hesabatı biz Qırğızıstanın XİN-ə rəsmən təqdim
etmişik. Hesabatda bütün müsbət tərəflərlə yanaşı, çatışmazlıqlar və problemlər
də qeyd olunub. Azay Quliyevi AŞPA müşahidə missiyasının rəhbəri Doris Fiala və
Avropa Parlamentinin nümayəndə heyətinin rəhbəri Layma Andrekiene də müdafiə
edib. Ona verilən məlumatın yanlış olduğunu anlayan Prezident Atambayev
yaranmış anlaşılmazlığa görə təəssüf hissi keçirdiyini bildirib və yenidən məsələyə
qarışaraq yerli mediayaya səhvini düzəltməyi xahiş edib. Bu barədə qırğız mətbuatı
ətraflı məlumat yayıb. Azay Quliyev sonrakı sui-istifadələrə və
manipulyasiyalara yol verilməməsi üçün çıxışını rəsmi @AzayGuliyev Twitter
hesabında yerləşdirib. Çıxışın video yazısı da ATƏT PA - nın saytında var. İstənilən
adam çıxışın mətni və video yazısı ilə tanış ola bilər.
Vəssallam.
Bəs aZadlıq qəzeti? Bəli, mahiyyət burada özünü ortaya qoyur. Bu qəzet dərhal
dünyada ən mötəbər və nüfuzlu hesab edilən ATƏT-in Azərbaycandan (əminəm ki,
başqa millətin nümayəndəsi haqqında belə yazmazdı) olan müşahidə missiyasının rəhbəri
haqqında belə bir xəbər paylaşır ki, "Qırğızıstan Prezidenti Azay Quliyevi
sözünü geri götürməyə məcbur etdi". Qırğız mətbuatının verdiyi yazıda isə
(https://24.kg/…/65858_prezident_kyirgyizstana_nedovolen_vy…/)
yuxarıda dediyim məqamların qısa məzmunu verilib. Yəni məqalə ilə azadlığın
verdyi başlıq arasında diametral fərq var.
Sırf reket media texnikası.
Hmm, təsəvvür edirsiniz? ATƏT-in qısa müddətli müşahidə missiyasının rəhbəri və
xüsusı koordinatoru qurumun rəsmi bəyanatını elan edir və Kərimlinin
"boevoy listok"u ATƏT rəsmisinin sözünü deyil, rusiyameyilli
prezidentin adını qabardaraq bir azərbaycanlının dünya səviyyəsində qazandığı
uğura kölgə salmağa və ona açıq şəkildə böhtan atmağa, hətta iki ölkə arasında
nifaq salmağa çalışır. Və yeri gəlmişkən Azay Quliyev tvitterdə
"azadlıq" qəzetinə qısa, amma onların layiq olduğu cavabı verib.
Hamı bilir ki, bu zehniyyət Azərbaycanımızın heç bir uğuruna
, xüsüsilə, beynəlxalq sahədə əldə olunan nailiyyətlərinə sevinmir, bu
aydındır.
Onu da başa düşdük ki, qərəzlisiniz, sadəcə bunları həzm edə bilmirsiniz.
Etdiyiniz isə namərdlikdir, xainlikdir bunu da bilməyiniz pis olmaz.
Digər tərəfdən deyək ki, özünüzü yeganə müxalifət adlandırırsınız və siyasi
baxışlarınıza görə Azay Quliyevə rəğbət bəsləmirsiniz. Bu bəlli və zatən hər
imkan düşəndə ona qarşı şər və böhtan püskürməkdən də çəkinmirsiniz.
Yaxşı heç olmasa öz işinizə, peşənizə önəm verin, hörmət edin.
Bu açıqlamanı Azay Quliyev Azərbaycan Milli Məclisinin deputatı kimi verməyib
axı, bunu ATƏT-in müşahidə missiyasının rəhbəri kimi ATƏT in adından mediaya təqdim
edib. Bir şey olmamış kimi, vay -şüvən salıb ATƏT-in yanına qaçırsınız, ondan
imdad diləyirsiniz və ağına bozuna baxmadan pulunu alıb yeyirsiniz. Bu qədər
cılızlıq və kəmfürsətlilik olmaz axı! Sonra başınıza döyürsünz ki, niyə bizə
inam qalmayıb. Sözü şəxsi maraqlarınıza görə o qədər hörmətdən salmısınız
ki...deməyə söz qalmır, o ki, qaldı inama...



























