Bu klipi Youtube-da 3 milyarddan çox insan izlədi -VİDEO

OXUNUB: 914 ŞOU-BİZNES
"Youtube” video portalına yüklənən kliplər arasında qısa müddətə yeni rekord vurulub. 

 Puerto-Rikolu pop müğənnisi Luis Fonsinin ifa etdiyi "Despacito” mahnısının klipini 8 aya 3 milyard 400 milyondan çox adam izləyib. 

Bundan başqa, klipi 20 milyondan çox insan bəyənib. Qısa müddətdə izlənmə rekordu qıran klipə 1 milyon 200 mindən çox şərh yazılıb. 

"Despacito” mahnısı rekordu uzun müddətdir əlində saxlayan cənubi koreyalı müğənni PSY-ın "Gangnam Style” mahnısını xeyli geridə qoyub. 

"Gangnam Style” mahnısının klipi 2012-ci ildə "Youtube”a yüklənib və bu günə qədər 2 milyard 900 milyon insan izləyib. /baku.ws
 
 
İcmal.Az

RƏYLƏR