Bu yollarda sürət həddi aşağı salındı

OXUNUB: 876 SOSİAL
Yağışlı hava ilə əlaqədar paytaxtın iki əsas avtomagistralı - Heydər Əliyev prospekti - Buzovna dairəsi və Zığ dairəsi - hava limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.


Bakı Nəqliyyat Agentliyindən İcmal.Az-a verilən məlumata görə, məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir.

"Həmçinin bildiririk ki, Rəşid Behbudov küçəsi istisna olmaqla hazırda paytaxtın digər küçə və prospektində nəqliyyat vasitələrinin normal hərəkəti müşahidə edilir", - deyə məlumatda qeyd olunur.
 
İcmal.Az

RƏYLƏR