"Bu öz növbəsində ikitərəfli əməkdaşlıq üçün yeni imkanlar yaratmış oldu" - DEPUTAT

OXUNUB: 0 Özəl SİYASƏT
"Prezident İlham Əliyevin ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanatda vurğuladığı kimi Strateji Tərəfdaşlıq haqqında Xartiya altı ay ərzində görülən çox gərgin işin təzahürüdür. Bu da öz növbəsində ikitərəfli əməkdaşlıq üçün yeni imkanlar yaratmış oldu”.
Bunu açıqlamasında deputat Vüqar İskəndərov deyib.
"Xartiyanın Cənubi Qafqaz üçün yaratdığı perspektivlər olduqca əhəmiyyətlidir. Strateji əməkdaşlığın güclənməsi bölgədə sabitliyin möhkəmlənməsinə, uzunmüddətli sülhün təşviqinə və iqtisadi inteqrasiyanın dərinləşməsinə əlavə stimul verə bilər. Eyni zamanda, nəqliyyat-kommunikasiya xətlərinin inkişafı, enerji və tranzit layihələrinin davamlılığının təmin olunması, eləcə də çoxtərəfli təhlükəsizlik mühitinin formalaşdırılması baxımından bu sənəd mühüm rol oynaya bilər. Ümumiyyətlə Azərbaycanın ABŞ üçün əhəmiyyəti bir sıra strateji faktorlarla bağlıdı. Azərbaycan Avropa ilə Asiyanı birləşdirən mühüm geosiyasi məkanda yerləşməklə enerji və nəqliyyat dəhlizlərinin kəsişməsində qərar tutub və etibarlı tərəfdaş kimi çıxış edir. Xəzər hövzəsinin enerji ehtiyatlarının qlobal bazarlara çıxarılmasında Azərbaycanın rolu ABŞ-nin enerji təhlükəsizliyi strategiyası baxımından xüsusi əhəmiyyət daşıyır. Bununla yanaşı, Azərbaycanın regionda sabitlik və praqmatik əməkdaşlıq xətti yürütməsi Vaşinqton üçün onu Cənubi Qafqazda etibarlı tərəfdaşa çevirir. Rəqəmsal transformasiya, innovasiya və süni intellekt sahələrində əməkdaşlıq imkanları isə ABŞ biznes dairələri üçün yeni perspektivlər açır. Azərbaycanın Orta Dəhlizdə artan rolu və tranzit potensialının genişlənməsi də ABŞ-nin Avrasiya məkanında alternativ bağlantı marşrutlarının təşviqi siyasəti ilə uyğunluq təşkil edir. Beləliklə, Strateji Tərəfdaşlıq Xartiyası yalnız ikitərəfli münasibətlərin yeni mərhələsini deyil, həm də Cənubi Qafqazın gələcək geosiyasi və geoiqtisadi inkişaf trayektoriyasına təsir göstərə biləcək mühüm siyasi sənəd kimi qiymətləndirilir. Bir daha əminliklə deyə bilərik ki, sənəd iki ölkə arasında mövcud olan siyasi etimadın və davamlı dialoqun göstəricisidir”.

RƏYLƏR