Bugünkü valyuta hərracında banklar 51 mln. dollar cəlb edib

OXUNUB: 805 BANK
Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

AMB-dən "APA-Economics"in yə istinadən verdiyi xəbərə görə, hərracda tələb 50,8 mln. ABŞ dolları olub və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (25 iyun 2020-ci il tarixində keçirilib – red.) müqayisədə 22,1% və ya 9,2 mln. dollar artıb.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

7News.Az

RƏYLƏR