Bunları bilsəniz, əsla hovuzda çimməzsiniz... - Öldürücü xəstəliklər

OXUNUB: 839 MARAQLI

İsti havalarda sərinləmək üçün üz tutduğumuz məkanlardan biri də hovuzlardır. Bəs sərinləməyi düşünərkən sağlamlığınızdan olduğunuzu bilirsiniz?

Həkimlərm hovuzlarda göbələk, vaginal bakteriyalar, cinsi, göz xəstəlikləri çox yayıldığını deyirlər. Xüsusilə, otel və əyləncə mərkəzlərində kütləvi istifadə edilən hovuzlardakı suyun həzm sisteminə, dəriyə böyük zərərləri var. Su xəstəliyin yayılması üçün ən münbit vasitələrdən biri olduğu üçün viruslar burun-nəfəs yolu vasitəsi ilə daxilə nüfuz edə bilir.

Kütləvi istifadə edilən hovuzlarda gigiyena qaydalarına necə əməl edilməlidir?

Məsələ ilə bağlı Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib: "Hər bir qapalı hovuzun öz tibb işçisi olmalıdır ki, ora müraciət edənlərin sağlamlıq vəziyyətini araşdırsın. Eyni zamanda, həmin hovuzlarda xüsusi kanalizasiya sistemi normal vəziyyətdə işləməlidir. İki saatdan bir tibb işçisi tərəfindən quru xlor qalığının miqdarı öyrənilməlidir. Hovuzlarda gigiyenik tələblərə əməl edilirsə, xlor səviyyəsi 0.8 mqlt olmalıdır. Hovuz işçilərinin hamısı tibbi müayinədən keçməlidir”.

Hovuzlarda su sabit olduğu üçün mikrob və bakteriyalardan qorunmaq üçün gigiyenik qaydalara əməl etmək vacibdir. Təmizliyindən əmin olmadığınız hovuzun suyunda çimməyin./metbuat

 

İcmal.Az

RƏYLƏR