Burak və Fahriyenin arası dəyib? - cütlükdən ilk açıqlama gəldi

OXUNUB: 651 ŞOU-BİZNES

Aktyor Burak Özçivit və aktrisa xanımı Fahriye Evcen öən gün İstinyeparkda görüntüləniblər.

Cütlük küsülü olmaları ilə bağlı çıxan xəbərlərə aydınlıq gətirib.

Burak xanımı ilə arasında soyuq münasibətlərin olmadığını, hər şeyin yolunda getdiyini vurğulayıb:

"Məni az-çox tanıyırsınız. Belə bir şey üstə dava edən adama oxşayıram? Birlikdə görünmürük deyə haqqımızda belə şayiələr çıxır. Biz isə bunlara fikir vermirik".

Fahriye də uşaq istədiyi üçün, amma Özçiviti razı sala bilmədiyi üçün ondan inciməsi haqda çıxan xəbərlərə "Hazırda belə bir fikrim yoxdur. Olsa da, ərimlə bunun üstə dalaşmaram" cavabını verib.

Xatırladaq ki, sonuncu dəfə aktyor "GQ” jurnalının mükafatlandırma mərasiminə tək qatılmışdı. O, Fahriyenin işinin çox olduğu üçün gecəyə gələ bilmədiyini söyləmişdi. Həmin vat isə aktrisa İnstaqram səhifəsinin "Story” bölməsində televizor izləyərkən çəkilmiş şəklini paylaşmışdı.

İddialara görə, Fahriyenin paylaşımına əsəbiləşən Burak evə gedərək onu yalançı çıxardığı üçün dava edib. /axşam

İcmal.Az

RƏYLƏR