Burakla Fahriyenin arası dəydi: küsülüdürlər

OXUNUB: 674 ŞOU-BİZNES
Evləndikləri hələ bir il olmayan aktyor Burak özçivitlə aktrisa Fahriye Evcenin arası dəyib.
 
Cütlük eyni evdə iki yad insane kimi yaşayır. Burakla Fahriyenin küsülü olması ötən gün təşkil edilən "GQ” jurnalının mükafatlandırma mərasimində üzə çıxmışdı. Gecəyə tək qatılan Özçivit həyat yoldaşının işi olduğu üçün onunla gəlmədiyini bildirmişdi:

"Fahriyenin işləri var. Ona görə tək qatılmaq məcburiyyətində qaldım”. 

Lakin elə həmin dəqiqələrdə Evcen İnstaqram səhifəsinin "Story” bölməsində televizor izləyərkən çəkilmiş şəklini paylaşmışdı. 

Fahriyenin paylaşımına görə əsəbiləşən Burak evə gedərək onu yalançı çıxardığı üçün dava edib. Evcen də paylaşımını dərhal silməli olub. /axşam

İcmal.Az

RƏYLƏR