Cənab Baş prokuror, bu şirkət külli miqdarda vəsaiti mənimsəyib!

OXUNUB: 1414 HADİSƏ

Azərbaycan Avtomobil Yolları Dövlət Aagentliyinin (AAYDA) Agentliyinin İnvestisiya məsələləri üzrə rəisi Cəmil Rüstəmxanlının Türkiyədə bir neçə kommersiya şirkəti var. Onun bu vəzifədəykən bizneslə məşğul olması "Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna ziddir.
Dünyanınsəsi.İnfo olaraq "Özgün Yapı Sənaye” şirkəti tərəfindən Gəncə-Qazax-Gürcüstan avtomobil yolunun çəkilişi zamanı tələb edilən materialların aidiyyatı üzrə düzgün seçilməməsi və Gəncə-Qazax-Gürcüstan avtomobil yolunun Şəmkir ərazisindən "333” adlı ticarət obyektinin qarşısından keçən hissəsində yolun bir hissəsinin tam çökməsi haqda məlumat vermişdik.

На изображении может находиться: растение, небо, дерево, на улице и природа

Apardığımız araşdırma nəticəsində o da məlum oldu ki,hətta 10 km uzunluğunda 724 saylı stasianar postdan Şəmkir rayonuna qədər yeni asfalt örtüyünə BİTUM + İTERLENE İN /400-L 0.4% qatqısı əlavə edilməmişdir. Bu isə mütəxəssislərin dediyinə əsaslansaq 3 il müddətinə sözügedən asfalt örtüyünün sıradan çıxması deməkdir.Bu şirkət hazırda tikilməkdə olan "Gəncə-Qazax-Gürcüstan sərhədi” avtomobil yolu layihəsinin Gəncə-Zəyəm hissəində podratçı kimi fəaliyyət göstərir. Sifarişçi isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyidir.Hazırda Azərbaycan Avtomobil Yolları Agentliyinin sədrinin investitsya işləri üzrə müavini Cəmil Rüstəmxanlı və onun köməkçisi Ceyhun Yusifovun daim işlərinin öhdəsindən laiqincə gəlmiş savadlı kadrları qaralamaqla onları şirkət rəhbərliyi tərəfindən qovdurur.
Sözügedən şirkətdə külli miqdar mənimsənilmələrə yol açan korrupsiya faktlarını təqdim edirik:
Qara kodların aşağı hesablanması
-Mövcud torpaq yatağının öz səvyəsindən aşağı kodla hesablayıb həcimləri müəyyən qədər şişirdib heç bir iş görülmədən şişirdilmiş miqdarın pulu alınıb razılaşdırılmış tərəflərlə bölüşdürülmüşdür.
Təxmini hesablamalara görə sünii yolla şişirdilmiş miqdar minumum 200000 m3 yol yatağının dolğu materialı olmuşdur. Bu miqdarı pul vahidinə çevirdikdə 3 milyon AZN –nə yaxın məbləğ olur.
⦁ Yol yatağının təməlinə verilən iri dənəvər material. Müqavilənin 3402 bəndinin tələbləri.
-Layihə boyunca yol yatağının təməlinə layihənin müqaviləsində tələb olunan ölçüləri 350 mm qaya materialı olduğu halda, xırda dənəvər çay materialı ilə əvəzləşdirilmişdir.Sözü gedən layihədə istifadə edilmiş materialın qiymətinin, müqavilədə tələb edilən materialın qiymətindən dəfələrlə ucuz olmasına baxmayaraq ödənişlər müqavilədə tələb olunan materialın qiymətiylə hesablanaraq ödənilmişdir.
3. Bir regionda , bir layihədə işləyən şirkətlər arasında eyni materialın fərqli qiymətlərə işləməsi.
– Bir regionda işləyən şirkətlər arasında eyni materialı dəfələrlə fərqli qiymətlərə işləyillər. Buna bir misal göstərmək üçün , yol yatağının dolğu materialını Gəncə-Qazax layihəsinin digər 2 hissəsində işləyən şirkətlər 1 kub metr materialın sərib kipləşdirib təhfil verilməsini 4.70 AZN qiymətə işlədiyi halda,Gəncə – Qazax layihəsinin 1 ci hissəsini işləyən Özgün Sənaye və Ticarət A.Ş 12.70 AZN qiymətə işləyir. Bu 3 Dəfəyə yaxın bir fərq deməkdir.
Buradan açıq aydın məlumdur ki, qiymətlərin bu qədər şişirdilməsində Azərbaycan Avtomobil Yolları Agentliyinin səlayihətli nümayəndələri, investitsiya şöbəsinin müdürü Cəmil Rüstəmxanlı və onun köməkçisi Ceyhun Yusifovun çirkin maraqlarından yaranan qanunsuzluqlardır.
⦁ Asfalt örtüyünün tərkibinə tələb edilən qatkıların qatılmaması.
-Layihədə müqavilənin 3802.3 bəndində tələb edilən bitum soyulma (stripping) testin AASHTO-T 182-84 standartının prasedur qaydasına uyğun test nəticəsi verilən tələbi ödəmədiyi üçün bitum tərkibinə DOP qatkısı əlavə edilməlidir. Normal bitumun soyulma testinin nəticəsi maksimum 40%-50% təşkil edir. Tələb edilən limit minumum 95% olmalıdır.
Azərbaycanda bütün layihələrdə bu kimi qatkılardan istifadə edərək bitum keyfiyətin yüksəldərək soyulma testinin nəticəsin minumum 95% edildiyi halda, Özgün Sənaye və Ticarət A.Ş şirkətinin layihəsində heç bir qatkıdan istifadə edilmədən müqavilənin tələblərini ödəməməsinə məhəl qoymadan asfalt örtüyü sərilmişdir.
Məlumat üçün qeyd edək ki, bu test nəticələri tələb edilən normadan az olduqda, az bir vaxtda asfalt tərkibində olan bitum və çınqıl qarışıqları asanlıqla bir birindən ayrılaraq asfaltın istismar müddətindən tez sıradan çıxmasına səbəb olur. Sözü gedən testin qatkılı və qatkısız test şəkillərin əlavədə göstərilmişdir.

BİTUM + İTERLENE İN /400-L 0.4% SADƏ BİTUM

 

Ölkəmizdə son illər dövlət maliyyə vəsaitlərinin ən çoxu nəqliyyat sektoruna ayrılır.Lakin investisiya layihələrində istismar müddəti 25-30 il göstərilən yol 3 ildən sonra yararsız vəziyyətə düşür. Bu o deməkdir ki, korrupsiya faktı var. Bu, özünü onda göstərir ki, tikintiyə ayrılan pullar öz təyinatı üzrə xərclənmir, yol keyfiyyətsiz inşa edilir, ona görə də istismar müddəti bir neçə dəfə azalır. Odur ki, vəziyyətin yaxşılaşdırılması üçün bu sahəyə böyük pullar ayırmaq lazım deyil, ayrılan vəsaitin mənmsənilməsi üzərində ciddi dövlət maliyyə nəzarətini təmin etmək lazımdır. Belə nəzarət yoxdur, ona görə də Azərbaycan korrupsiyanın səviyyəsinə görə reytinqdə yuxarı sətirlərindən birini tutur.
Avtomobil yollarına sərmayələr və film çəkilişi, metal ticarəti…
AAYDA-nın İnvestisiyalar idarəsinin rəisi Cəmil Sabir oğlu Rüstəmxanlı da biznesmendir. Hazırda onun İstanbulda 3 şirkəti var. "Angel Film Yapım Prodüksiyon Ticaret Limited” (öncəki adı: "Angel Gayri Menkkul İnşaat Enerji ve Nakliye Sanayi Ticaret Limited”), "STM İç ve Dış Ticaret A.Ş.” və "Angel Enerji Turizm Restoan Sanayi Ticaret A.Ş.” şirkətləridir. Nizamnamə kapitallarına 1.100.000 lirə yatırılan, film çəkilişləri, qiymətli metalların ticarəti və enerji istehsalı sahələrində fəaliyyət göstərən bu şirkətlərin ikisinə C. Rüstəmxanlı özü rəhbərlik edir. AAYDA-nın vəzifəli şəxsinin Azərbaycanda təsisçisi olduğu şirkətlər də var.Redaksiya olaraq qeyd edirik ki, apardığımız araşdırmanın nəticəsi olaraq sözgedən şirkət bu günə qədər gördükləri işin müqabilindən  daha çox vəsait israfçılığına yol verməklə çəkmiş olduqları keyfiyyətsiz yollar yenidən mütəxəssislərin iştirakı ilə araşdırılmasına çox böyük ehtiyac var. Sonda inanırıq ki,  Baş prokuror yanında Korrupsiya Qarşı  Mübarizə Baş İdarəsi sözügedən şirkətin fəaliyyətini tam araşdırılmasına göstəriş verəcəkdir.
Dünyanınsəsi.İnfo

RƏYLƏR