“Cənab Prezidentin fikirləri növbəti dönəm üçün yeni yol xəritəsidir.” – Elşən Musayev

OXUNUB: 89 SİYASƏT

 

"Cənab Prezidentin Azərbaycan televiziyalarına verdiyi müsahibə qarşıdakı dövr üçün növbəti yol xəritəsidir və orada səslənən qiymətli fikirlər gələcək strategiyanın üfüqlərini, istiqamətlərini göstərir.”- 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

 

"Möhtərəm Prezident məlum müsahibədə bir çox məqamlara toxundu. Həm xarici, həm daxili siyasətlə bağlı. Eyni zamanda, dövlət başçısı tərəfindən o nüans da xüsusi vurğulandı ki, hazırda yürüdülən siyasətin əsas prioritetlərindən biri, məhz beynəlxalq tərəfdaşlarımızla olan, qurulan etibarlı, qarşılıqlı, adekvat münasibətləri qoruyub saxlamaqdır, həmin münasibətləri daha da möhkəmləndirməkdir, genişləndirməkdir. Və bu kontekstdə ABŞ, Çin kimi dünya nəhəngləri ilə dostluq əlaqələrinin Azərbaycan üçün nə qədər önəmli olması da məxsusi qeyd edildi.

 

Gerçəkdən də, son dövrlər, ABŞ və Çinlə qurulan isti təmaslar, cənab Prezidentin Amerikada, Çində ən yüksək səviyyədə qarşılanması və ölkə başçımıza göstərilən diqqət, hörmət, ehtiram onu deməyə əsas verir ki, Azərbaycan düz yoldadır və dövlətimizin, rəhbərimizin nüfuzu dünya miqyasındadır, ən yüksək səviyyədədir. Üstəlik, bu nüfuz, bu hörmət həm də xarici ölkələr tərəfindən Azərbaycanın milli maraqlarına uyğun addımların atılmasında və dövlətimizə edilən jestlərdə də özünü aydın biruzə verir.

 

Bəli. Eynən cənab Prezidentin söylədiyi kimi: 2025 -ci il tarixi il sayıla bilər.

Və hər kəs əmindir ki, Müzəffər Liderimizin rəhbərliyi ilə 2026 - cı ildə də həmin uğurların davamı gələcək” - deyə Partiya sədri fikirlərinə davam edib.

 

RƏYLƏR