Cənubi Koreyada xəstəxanada baş vermiş yanğın zamanı ölənlərin sayı artıb - YENİLƏNİB-3 - VİDEO

OXUNUB: 578 DÜNYA

Cənubi Koreyanın Milyan şəhərindəki xəstəxanada baş vermiş yanğın zamanı ölənlərin sayı artıb.

Bu barədə "Ryonxap" agentliyi yanğınsöndürmə xidmətinə istinadən məlumat yayıb.

Xəbərdə qeyd edilir ki, hadisə zamanı 41 nəfər ölüb. Hadisə zamanı 79 nəfər xəsarət alıb. Onlardan 9-nun vəziyyəti ağırdır.


07:46

Cənubi Koreyanın Milyan şəhərindəki xəstəxanada baş vermiş yanğın zamanı yaralananların sayı artıb.

Bu barədə "Ryonxap" agentliyi yanğınsöndürmə xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə zamanı 79 nəfər xəsarət alıb. Onlardan 9-nun vəziyyəti ağırdır. Bununla yanaşı, bildirilir ki, xəsarət alanların sayı bir qədər də arta bilər. 

Daha əvvəl bildirilirdi ki, hadisə zamanı 31 nəfər öıüb, 40-a yaxın şəxs xəsarət alıb.


05:29

Cənubi Koreyanın Milyan şəhərindəki xəstəxanada baş vermiş yanğın zamanı 31 nəfər ölüb.

Bu barədə  "Ryonxap" agentliyi məlumat yayıb.

Xəbərdə bildirilir ki, təxminən 40 nəfərə tibbi yardım göstərilib.


05:21

Cənubi Koreyanın Milyan şəhərindəki xəstəxanada yanğın baş verib.

Bu barədə "Ryonxap" agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə nəticəsində 13 nəfər həlak olub, 40-dan çox insan xəsarət alıb. Agentliyin xəbərinə görə, yanğın kral Sedjon adına xəstəxananın əsas binasının birinci mərtəbəsində, təcili yardım bölməsində olub. 

Alov ancaq 1 saat 40 dəqiqə sonra söndürülüb.

Xəstəxanada yanğın zamanı təxminən 100 xəstə olub./report

 
 
 İcmal.Az

RƏYLƏR