Cərrah iki uşağını güllələdi, sonra intihar etdi - VİDEO - FOTO

OXUNUB: 719 DÜNYA
36 yaşlı cərrah Kristofer Douson iki azyaşlı övladını güllələyərək qətlə yetirəndən sonra intihar edib.

İcmal.Az milli.az-a istinadən bildirir ki, Kristofer Dousonun ailəsi avqust ayında ABŞ-ın Texas ştatındakı Nors Riçlend Hills şəhərinə köçmüşdü. Cərrahın xanımı ilə iki övladı - 9 yaşlı Lyuk və 5 yaşlı Obri də yeni evi çox bəyənmişdilər.

Kristofer Douson sentyabrın 4-də "Baylor Scott & White Medical Center-Waxahachie"də işə düzəlmişdi. Lakin oktyabrın 20-də o, qəflətən ihdən çıxıb.

Dekabrın 9-da, gecə saatlarında isə K.Dousonun xanımı Reyçel Douson polisə gəng vuraraq "Ərim uşaqlarımızı öldürdü!" deyib. Hadisə yerinə yollanmış polislər Lyuk və Obrini güllələnərək qətlə yetirildiyini görüblər.

Polisdən verilən məlumata görə, Kristofer Douson uşaqlarını güllələyəndən sonra intihar edib.

R.Douson şok vəziyyətində olduğundan polisə ifadə verə bilmir.

Dəhşətli cinayətin motivləri bəlli deyil.

 

 
İcmal.Az

RƏYLƏR