"Collezione Italia" gömrük qaydalarını pozub

OXUNUB: 207 İQTİSADİYYAT
"Collezione Italia" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib. 

Buna səbəb gömrük qaydaları əleyhinə olan inzibati xətalardır.

Belə ki, MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə (Gömrük ödənişlərinin (borcunun) ödənilməsindən yayınma) protokol tərtib olunub.

İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən, gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə bu az miqdarda olduqda (20 min manatdan yuxarı olmayan məbləğ ) ödənilməli olan gömrük ödənişlərinin məbləğinin 70 faizindən 150 faizinədək məbləğdə cərimə edilir.

Bu maddədə nəzərdə tutulmuş əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə inzibati məsuliyyətdən azad olunur.

İşə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsidə baxılacaq.

RƏYLƏR