Fred Fuqen və Vins Reffet yeni dünya rekordu vurublar.
Onlar 3962 metr yüksəklikdən vinsuitlə atılaraq səmada pərvaz edibldər. Daha sonra isə iki vinqsuitçi süzərək təyyarənin açıq qapısından içəri girməyi bacarıblar.
Bu zaman F.Fuqenlə V.Reffetin sürətləri 120 km/saat olub.
Onların dediklərinə görə, dünyada ilk dəfə təyyarədən atılan və yenidən təyyarəyə "minməyi" bacaran Patrik de Qayardonun rekordunun 20 illik yubileyini bu minvalla qeyd ediblər.
Rekord İsveçrədəki Yunqfrau dağının yaxınlığında gerçəkləşdirilib./milli
İcmal.Az
































