Danimarkada qüllə kitabxananın üzərinə aşdı – VİDEO

OXUNUB: 817 DÜNYA

Danimarkanın Vordinqborq şəhərində  yerli limanda yerləşən köhnə qüllənin uğursuz şəkildə sökülməsi acı nəticələrə yol açıb.

İcmal.Az xəbər verir ki, bu barədə "RİA Novosti” məlumat yayıb.

İnsident aprelin 6-da baş verib.  İstehkamçı mütəxəssislər köhnə tikilinin təməlini plana uyğun  partlatsa da,  qüllə gözlənilmədən yaxınlıqdakı kitabxana binasının üzərinə aşıb.

Yerli sakinlər hadisənin görüntüsünü "YouTube” portalına yerləşdirib.

Polisin məlumatına görə, xoşbəxtlikdən hadisə itkisiz ötüşüb.

İcmal.Az

RƏYLƏR