Deputat “Azərişıq”ı tənqid etdi: “İstehlakçıların hüquqları qorunmur”

OXUNUB: 537 İQTİSADİYYAT
"Tovuzun Qovlar şəhərində 9 ailəyə elektrik enerjisi hələ də verilmir. Hələ də insanlar elektrik enerjisi təmin edilməyib”.

7News.Az Modern.az-a istinadən xəbər verir ki, bunu deputat Qənirə Paşayeva parlamentdə deyib.

O qeyd edib ki, vətəndaşa hansı uzaqlıqda yaşamasından asılı olmayaraq, enerjiylə təmin edilməlidir:

"Əgər vətəndaş işlətdiyi enerjinin pulunu ödəməsə, o zaman onun vəzifələri yaranacaq. Ancaq aidiyyatı qurumlar bu məsələdə məsuliyyəti bir-birinin üzərinə atır. Koordinasiyalı olaraq məsələlər həll edilmir. Bir vətəndaş ev tikib yaşayır. Deyirlər ki, bu uzaqlıqda ona enerji verəcəm? İstehlakçıların hüquqları qorunmur”.

RƏYLƏR