Deputat qazi xanıma kömək etməyə ÇAĞIRDI

OXUNUB: 768 SOSİAL
"Birinci Qarabağ Müharibəsində döyüşən, qazi Rüxsarə Cumayevanın köməyə ehtiyacı var”.
Bunu Milli Məclisin plenar iclasında deputat Elşən Musayev deyib. Deputat qazinin dövlətdən kömək gözlədiyini bildirib:

"Tutu ləqəbli qazimiz Rüxsarə Cumayevanın hazırda səhhəti pisdir. Onun ayaqları tutulub. Bu qəhrəman xanıma təcili olaraq kömək edilməlidir. Vəziyyəti olduqca qeyri-qənaətbəxşdir. Onun dövlətdən gözləntisi var. Xahiş edirik ki, aidiyyəti qurumlar qazimizin salamlığı üçün səfərbər olsunlar”.

RƏYLƏR