Deputat Ramil Həsən seçiciləri ilə görüşdü - FOTOLAR

OXUNUB: 1242 SOSİAL
 
Öncədən bildirdiyimiz kimi, deputat Ramil Həsən 22 sentyabr 2020-ci il tarixində Ucar rayon  Heydər Əliyev Mərkəzinin inzibati binasında saat 10:00-dan 17:00-a qədər çoxsaylı Ucar rayon sakinlərindən ibarət seçiciləri qəbul etmişdir. Pandemiya ilə mübarizə dövrünün tələblərinə uyğun formada keçirilən qəbul sağlamlığın qorunması, ünsiyyət, eyni zamanda seçiciləri narahat edən problemlərin aradan qaldırılması baxımından faydalı və məhsuldar olmuşdur. Vətəndaşlar tərəfindən qaldırılan problemlərdən içməli su təchizatı, suvarma sisteminin təkmilləşdirilməsi, işsizlik, əlilliyin təyini, sosial müavinət, müalicə ilə bağlı müraciətlər, şəxsi problemlərin həlli kimi məsələlər görüşlər zamanı ən çox səsləndirilən fikirlərdəndir. Vətəndaşlar tərəfindən qaldırılan problemlərin bir qismi yerində öz həllini tapdı, digər qisminin isə müəyyən zaman çərçivəsində həll olunacağı tərəfimizdən bildirildi. 
Seçicilərin hər birinin arzu və istəkləri, eyni zamanda qaldırmış olduqları problemlərlə  bağlı ölkə rəhbəri cənab İlham Əliyevin vətəndaşların diqqət və qayğısına qalınması çağırışları  Milli Məclisin deputatı Ramil Həsən tərəfindən yol xəritəsi olaraq qəbul edilmiş və vətəndaşların hər bir təklif və tələbi diqqətlə dinlənilərək qanun çərçivəsində öz həllini tapması üçün müvafiq qrumlara göndərilərək nəzarətdə saxlanılacaqdır.
Seçicilərinə görüşdə göstərdikləri səbrli və xoş münasibətə görə təşəkkür etmişdir.
 






RƏYLƏR