"Görünən budur ki, Ramiz Mehdiyevlə Əli Kərimlinin ittifaqı illər öncəyə dayanan məsələdir və heç şübhəsiz, hüquq – mühafizə orqanlarının da əlində ciddi faktlar olmasaydı bu qədər irəliləməz, bu qədər ağır ittihamlar irəli sürməzdi. Amma, sizə tam səmimi bir şey deyim: Mən, onların eyni dəlikdən çıxdığına qətiyyən heyrətlənmirəm. Niyə? Çünki, hər ikisi dövlət, millət və türk düşmənidir. Çünki Ramiz Mehdiyevin də, Əli Kərimlinin də qanı xəyanətdən, riyakarlıqdan yoğrulub. Və nəhayət: Çünki, belə naqislər fürsət düşən kimi dərhal birləşirlər və öz ümumi, eyni zamanda məkrli maraqları naminə bir araya gəlməyi bacarırlar”.
Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elşən Musayev bildirib.

Deputatın sözlərinə görə, hazırda analitiklərin və siyasi şərhçilərin əsas ehtimalı, versiyası budur ki, Ramiz Mehdiyev və Əli Kərimli şimal qonşumuzun Qafqazda törətmək istədiyi təxribat planlarında rol alıblar və bu adamlara – təbii, əgər onlara adam demək mümkünsə - konkret missiyalar tapşırılıb:
"Deyim, əslində tam da inandırıcıdır. Ona görə ki, Mehdiyev də, Kərimli də eyni şəkildə mövcud iqtidara qarşı qıcıqlıdır, aqressivdir və hazırda həmin acığı çıxmaq, öz alçaq məqsədlərinə çatmaq üçün şeytanla da ittifaqa gedərlər.
Hətta, gediblər belə!
Hə, o ayrı məsələdir ki, istintaq daha ayrıntılı, təfsilatlı, detallı faktları ortalığa qoyacaq və məhkəmədə hər şey daha aydın şəkildə üzə çıxacaq.
Amma artıq dəqiq olan budur: Mehdiyevlə Kərimli cinayət şərikləridir, dövləti sütunundan vurmağa çalışan binamuslardır və belə nadanların sonu əlbət, elə bu cür də olmalı idi”.

























