7NEWS.az xəbər verir ki, 1-2 iyun 2022-ci il tarixində Holiday INN Baku otelində "Süni İntellekt Əsrində Tibb Hüququ" adlı Beynəlxalq Tibb Hüququ Konfransı keçirilib.
Milli Məclisin deputatı İlham Məmmədov konfransda çıxış edərək süni intellekt əsrində tibbi hüququn olduqca vacib olduğunu və bunun insanların hüqlarının qorunması istiqamətində bir vəhdətin yaradılması, ortaq məxrəcə gəlinməsi üçün əhəmiyyətli məqamların geniş müzakirələr əsasında həllinin tapılmasında mühüm rol oynadığını vurğulamış və konfransın işinə uğurlar arzulayaraq süni intellekt əsrində tibbi hüququn araşdırılmasının olduqca vacib olduğunu qeyd etmişdir.

