Deputata aid olduğu deyilən şirkət 359 minlik tenderi uddu

OXUNUB: 661 İQTİSADİYYAT
Müdafiə Nazirliyi "Dərman preparatları, məsrəf tibbi ləvazimatlar və dezinfeksiyaedici maddələrin satın alınması" lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub. 
 
Satınalmada "Azeri MED" Qapalı Səhmdar Cəmiyyəti qalib elan edilib. 
 
Satınalmanın məbləği 359.488 manatdır. 
 
Mediada dərc edilən məlumatlara görə "Azeri MED" QSC Milli Məclisin deputatı Kəmaləddin Qafarova məxsusdur. 
 
Bu iddianı nə şirkət, nə də deputat indiyədək təkzib etməyib. 
 

RƏYLƏR