Dünən AXCP sədrinin feysbuk səhifəsindən belə bir məlumat paylaşıldı ki, demə bəs Əli Kərimlinin ingilisdilli Gürcüstan nəşrində məqaləsi dərc olunub.
Bəli. Nonsensin də bu qədəri...
Adam həbsdə, istintaq altında, amma yazıları (?) haralardasa "bərq” vurur.
Necə, a bəy?!
Nə vaxt yazdın sən, o yazını? Haradan, kimlə göndərdin?
İnternetləmi? Poçtlamı? Göyərçinlərləmi?
***
Ay bədbəxt!
Sən - ifadə vermək əvəzinə, yazımı yazırsan?!
Sən - müstəntiq(lər)in suallarını cavablandırmaq əvəzinə, oradadamı "siyasi romantikaya”, "cızmaqara sevdasına” qapılmısan?
...Həqiqətən, sözün bitdiyi yerdir.
Bu qaraguruhçular ya ağıllarını tamam itiriblər, ya özlərini dolayıblar, ya da açıqca deyirlər ki, bu günə qədər də Əli Kərimlinin yazılarını onun əvəzinə başqaları yazıb, bəlli ünvanlara başqaları göndərib və başqaları dərc etdirib.
Çünki, tirajlanan məlumatın ayrı açması, açıqlaması yoxdur...
Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri.























