Dövlət Gömrük Komitəsi (DGK) Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı daha bir tenderə yekun vurub.
Komitə bu dəfə patomorfoloji avadanlıqların və əlaqədar quraşdırılma işlərinin satın alınmasını həyata keçirib.
Məlumatda qeyd edilir ki, tendderin qalibi "ARASH MEDİCAL COMPANY” MMC olub. Tərəflər arasında isə 130 min 980 manatlıq müqavilə imzalanıb.
Tribuna.az-ın açıq mənbələr üzərindən apardığı araşdırma zamanı məlum olub ki, Dövlət Gömrük Komitəsi (DGK) Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı son bir ildə "Arash Medical Company” MMC-yə ddaha 3 tender verib. Belə ki, onlardan biri narkotestlərin satın alınması ilə bağlı olub. Həmin tenderin dəyəri 23 min 977 manat təşkil edib.
Digər tender isə fiber optik larinqoskop dəstlərinin satın alınması ilə bağlıdır. Bu zaman "Arash Medical Company” 9 min 996 manatlıq sifariş alıb.
21.07.2025-ci il tarixdə baş tutmuş müsabiqə isə kardioloji tibbi sərf materiallarının satın alınması ilə bağlı olub. Həmin anlaşmanın dəyəri isə 417 min 995 manat təşkil edib.
Qeyd edək ki, "Arash Medical Company” tenderlərdə aktiv iştirak edən şirkətlərdəndir. Açıq mənbələrdə qeyd edilir ki, "Arash Medical Company” QSC 22 iyun 2011-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2000 manatdır. Şirkətin qanuni təmsilçisi Məmmədov Kamran Abid oğludur. Onun barəsində açıq mənbələrdə heç bir məlumat yoxdur.
"Arash Medical Company” QSC 2019-cu ilədək MMC kimi fəaliyyət göstərib. Həmin ildə isə şirkətin təşkilati-hüquqi formasını dəyişib.

"Arash Medical Company” QSC-nin himayədarı kimi iki keçmiş məmurun adı çəkilir. Bunlardan biri keçmiş spiker Oqtay Əsədov, digəri isə səhiyyə nazirinin keçmiş müavini Elsevər Ağayevdir. Bir başqa məlumatda isə qeyd edilir ki, şirkət keçmiş deputat Hadı Rəcəblinin yaxın qohumu, daha doğrusu, bacısı oğluna məxsudur.
"Arash Medical Company” QSC-nin Oqtay Əsədova bağlı olması 2015-ci ilədək şirkətə rəhbərlik etmiş Əsədov Cavid Bəxtiyar oğluna görədir. İddialara görə, Cavid Əsədov Oqtay Əsədovun qohumudur.

Elsevər Ağayevə gəlincə, şirkət onun nazir müvini olduğu dövrlərdə Səhiyyə Nazirliyinin keçirdiyi tenderlərin əzəolunmaz qalibi kimi tanınıb. Bu isə şirkətin keçmiş nazir müavininə bağlı olması barədə iddialara səbəb olub.
Qarşı tərəfi də dinləməyə hazırıq.























