DİQQƏT! Haqqınızdakı məlumatlar belə toplanılacaq

OXUNUB: 755 SOSİAL
"Biz e-sosial portalını yaratmaqla Azərbaycanın 10 milyonluq əhalisinin hər birini öz üzərimizdə ictimai nəzarətçiyə çevririk”.

İcmal.az-ın xəbərinə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev "REAL TV"yə açıqlamasında bildirib: 

"Hər bir vətəndaş e-sosial portalında qeydiyyatdan keçməklə onun haqqında daxil edilmiş bütün məlumatları yoxlaya bilər. Pensiyasını, müavinətini, təqaüdünü, əlilliyi olan şəxs onunla bağlı statsunu, özünüməşğulluq proqramı ilə bağlı statusunu, əmək müqaviləsini, digər sosial qazancları, pensiya kapitalında toplaşan məlumatları. Ümumilikdə bu gün artıq 40-dək məlumat bu bazaya toplanıb. Planımız var ki, 2021-ci ildə artıq hər bir fərd üzrə 90-a yaxın məlumat bura tam toplanacaq.

Hər bir vətəndaş portala girib monitorinq apara bilər.

RƏYLƏR