Dmanisidə keçirilən aksiya zamanı 6 nəfər saxlanılıb – Video

OXUNUB: 833 DÜNYA
Bu gün, 17 may tarixində Dmanisi şəhərində sakinlər aksiya keçirirlər.

Aksiya zamanı yaşanan qarşıdurma nəticəsində 6 nəfər saxlanılıb. Hal-hazırda aksiya iştirakçıları Dmanisidə yerləşən polis şöbəsinin qarşısına toplaşaraq polis tərəfindən saxlanılan şəxslərin azad olunmasını tələb edirlər. Polis şöbəsinə Dmanisi bələdiyyəsinin meri də daxil olub. Lakin o, jurnalistlərə müsahibə verməyib.

Bu dəqiqələrdə Ümum Gürcüstan Müsəlmanlar Ali Dini idarəsinin sədri şeyx Mirtağı Əsədov da hadisə yerindədir. O, hakimiyyətin məsələyə ciddi yanaşmasını tələb edir. Əsədov insanları sakit olmağa çağırır. O, hadisəni törədən şəxslərin həbs olunmasını və insanların sakitləşməsini tələb edir.



Xəbər yenilənəcək.

RƏYLƏR