“Dokta Apteklər” qanunsuz işçi götürdüyü üçün məhkəməyə verildi

OXUNUB: 470 HADİSƏ
Tanınmış apteklər şəbəkəsi "Dokta Apteklər” qanunvericiliyi pozduğu üçün cərimələnib.


Şirkət barəsində tərtib olunan protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Şirkət rəhbərliyi İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsini pozmaqda təqsirli bilinir. Belə ki, sertifikasiyadan keçməyən şəxslərin aptekdə əczaçılıq fəaliyyətinə icazə verilib.

İddia təmin olunarsa, "Dokta Apteklər”i 8 min manatadək cərimə cəzası gözləyir.

Qeyd edək ki, "Dokta Apteklər” ölkənin bir çox bölgəsində filialı olan geniş şəbəkəyə malikdir./AFN.az

RƏYLƏR