"Dokta" MMC məhkəməlik oldu

OXUNUB: 156 İQTİSADİYYAT
"Dokta” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində dərman vasitələri haqqında qanunvericiliyin pozulmasına görə protokol tərtib edilib. 

Şirkət barəsində protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 221.3-cü ("Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatından keçmiş dərman vasitələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada tənzimlənən qiymətlərdən fərqli qiymətlərlə satışına görə) maddəsi ilə inzibati yazılıb.

İş baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.

Məhkəməyə Mətanət Hacıyeva sədrlik edəcək.

İş təsdiqini taparsa, "Dokta” MMC rəhbərliyi 3 min manatdan  5 min manatadək məbləğdə cərimə ediləcək. 

Qeyd edək ki, "Dokta” MMC qanuni təmsilçisi Sadıqov Elçin Ağasadıq oğludur. O həmçinin "Vita aptekləri” MMC-nin qanunu təmsilçisidir.

RƏYLƏR