"Dostluq” ordenli icra başçısı - Mehdiyevin əsas adamı Fərzəliyev əslində kimdir?

OXUNUB: 0 HADİSƏ
İcra başçısının Fərzəliyevin  fəliyyəti dövründə və siyasi karyerasında diqqət çəkən, ən mühüm məqam onun Putin tərəfindən Rusiya Federasiyasayanın mühüm mükafatına layiq göstərilməsidir..  

Fərzəliyev Rusiya prezidenti Vladimir Putin tərəfindən Rusiya Federasiyasının "Dostluq” ordeni ilə təltif olunması dövrünün təqdirəlayiq hadisəsindən biridir. 

Beləki, ov həvəskarı olan icra başçısı ilə bağlı daxil olan məlumatlarda bildirilir ki, Rusiya prezidentinin, nə də digər dövlət rəhbərinin Azərbaycanda icra başçısını dövlətinin ən yüksək ordeni ilə təltif etməsi təcrübəsi olmayıb. Fərzəliyevin isə  icra başçısı kimi "esenqe" dövlətləri arasında  ən yüksək orden ilə təltif olunub.  

Belə bir halda Fərzəliyevin mükafatlandırılması gizli nüanslardan xəbər verir və həmin səbəblərin nədən qaynaqlandığı dövlətimiz tərəfindən sonradan  araşdırılmalı idi. Halbuki Abdin Fərzəliyev bu mükafatı aldığı ilə bağlı az qalmışdı ki, Nərimanov rayonunda atəşfəşanlıq və konsert proqramlar təşkil etsin.

Xatırladaq ki, bu gün  Abşeron icra hakimiyyəti başçısı Abdin Fərzəliyev həm Mehdiyevin adamı, həmdəki, Əli Həsənvun biznes ortaqlarından biridir.

Dosye:

Bildiririk ki,Fərzəliyev Abdin Ələsgər oğlu 1967-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuşdur. Əmək fəaliyyətinə 1984-85-ci illərdə H.Z.Tağıyev adına Bakı Tikiş Toxuculuq Kombinatında fəhlə kimi başlayan A.Fərzəliyev 1992-ci ildə isə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib.  Bir neçə ay «Naxçıvan» qəzetinin müxbiri vəzifəsində çalışan Fərzəliyev 1993-cü ilin noyabr ayından 1994-cü ilin avqust ayına qədər isə YAP-ın Mərkəzi Aparatında məsul işçi, təşkilat şöbəsinin baş təlimatçısı vəzifəsində işləyib.

1994-cü ilin sentyabr ayından 1998-ci ilin fevral ayına qədər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Ərazi İdarəetmə orqanları ilə iş və kadr hazırlığı İdarəsinin rəis müavini, rəisi vəzifələrində işləyib. 1998-ci ilin fevral ayından 2003-cü ilin aprel ayına qədər Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Gənclər, İdman və Turizm Baş İdarəsinin rəisi vəzifəsində işləyib. 2001-2004-cü illərdə Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü olub. 2001-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının «Dövlət və Bələdiyyə İdarəetməsi» fakültəsini bitirib. 

Məlumata görə, Mehdiyevin yanında yer alaraq vətəninə və Müzəffər Prezident İlham Əliyevə xəyənət edən zümrənin içində yer alıb.

Əfsuslar olsun ki, Abdin Fərzəliyev hal-hazırda Abşeron rayon icra hakimiyyətinin başçısıdır./paytaxt

Günay Cəfərli

RƏYLƏR