DSMF-nin sabiq Aparat rəhbəri Şahin Quliyev də həbs oluna bilər

OXUNUB: 583 İQTİSADİYYAT
Son bir həftədə korrupsiya əməllərinə görə sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümov və onun sağ əli sabiq Aparat rəhbəri Əjdər Cəbiyev (OL) həbs edildi. 
Əjdər Cəbiyevin həbsindən sonra isə prosesin uzanacağı və daha bir neçə sabiq korrupsionerin qandallanmaq  ehtimalı var.
Məlumata görə Səlim Müslümov və Əjdər Cəbiyevdən sonar qandallanacaq məmurlardan biridiə sabiq DSMF Aparat rəhbəri Şahin Quliyevdi. Sonuncu iş yeri ƏƏSMN-nin sosial ödənişlər şöbəsinin müdiri olan Şahin Quliyevi yeni nazir Sahil Babayev işdən çıxartmışdı. 
Saytımıza verilən məlumata görə Şahin Quliyev DSMF-nin Aparat rəhbəri vəzifəsində işlədiyi dövrdə məhz Səlim Müslümova arxalanan Şahin Quliyev Əjdər Cəbiyevin göstərişi ilə  çoxlu sayda saxtakarlıqlar etmiş və dövlətin milyonlarla vəsaitini mənimsəmişdir. Həmçinin Şahin Quliyevin Aparat rəhbəri işlədiyi dövrdə bir çox rayonlarda işləyən DSMF-nin şöbə müdirlərinə himayədarlıq ediyi deyilir. Bundan başqa Şahin Quliyevin DSMF-ni şöbə müdirlərindən hər ay külli miqdarda rüşvət toplayaraq nazir Səlim Müslümovla Əjdər Cənbiyevə çatdırdığı bildirilir. İddia edilir ki, Əjdər Cəbiyevin həbsindən sonra Şahin Quliyev növbənin ona çatdığında çox narahatdı./pia
Mövzuya qayıdacağıq

RƏYLƏR