“Dünya birliyi Ermənistanı məcbur etməlidir ki...” - DEPUTAT

OXUNUB: 1527 Özəl SİYASƏT
"Uzun illər işğal altında saxladığı Azərbaycan torpaqlarını xarabalığa çevirən, kəndlərimizi, şəhərlərimizi yerlə-yeksan edən ermənilər müharibədə məğlub olduqdan sonra da öz mənfur xislətlərinə uyğun davranışlarını davam etdirirlər. Məlumdur ki, təcavüzkar ölkə vaxtilə işğal altında saxladığı torpaqlara, hətta hərbi təyinatı olmayan ərazilərə belə minalar yerləşdirib. Lakin işğaldan azad edilmiş Azərbaycan torpaqlarına basdırılmış minaların xəritələri hələ də ölkəmizə verilməyib”. – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Beynəlxalq  təşkilatların  bu məsələdə susqunluğu yolverilməzdir. Dünya birliyi Ermənistanı məcbur etməlidir ki, minalanmış ərazilərin xəritələrini Azərbaycana təqdim etsin.” – deyə Partiya sədri fikirlərinə davam edib.

RƏYLƏR