Dünya tarixi daha bir beynəlxalq riyakarlıq nümunəsi ilə “zənginləşdi”

OXUNUB: 137 SOSİAL
Məlum olduğu üzrə, 24 aprel 2021 tarixində ABŞ prezdenti Co Bayden  erməni xatirə günü mövzusunda rəsmi bir açıqlama yayınlamışdır. Bayden açıqlamasında 24 aprel 1915 tarixində Osmanlı imperiyasında baş verən hadisəni "erməni soyqırımı” kimi xarakterzə etmişdir. Aşağıdakı məqamları  ABŞ prezidenti və dünya ictmaiyyətinin diqqətinə çatdırıram:
24 aprel 1915 tarixi Osmanlı dövləti ilə müharibə halında olan düşmənlərlə əməkdaşlıq edərək dövlətə qarşı üsyan başladan, dinc türk və kürdlərə qarşı böyük katliamları təşkilatlandıran 235 erməni komitəçinin həbs edilməsi əmrinin verilməsi günüdür. O tarixdə sadəcə həbs prosesi baş verib və tutulanlar da məhkəmədə mühakimə ediliblər.
Erməni komitəçilərin təşklatlandığı erməni üsyanı geniş vüsət aldığı və Osmanlı dövləti üçün böyük təhlükəyə çevrildigi üçün 27 may 1915 tarixində Sevk ve İskan qanunu (Tehcir qanunu) çıxarılıb. 1 iyun tarixində qüvvəyə minən bu qanuna görə, Anadoluda üsyana qarışaraq təhlükə yaradan erməni vətəndaşların müvəqqəti olaraq Osmanlı dövlətinin başqa bölgəsinə köçürülməsi nəzərdə tutulurdu. Qanunun tətbiq edilməsi və köçürülən əhalini bu prosesdəki təhlükəsizliyinin təmini üçün Osmanlı dövləti müxtəlif tədbirlər alıb. Qeyd edilən məqamlar mötəbər elmi mənbələrdə və dövrün arxivlərində açıq şəkildə özünü göstərməkdədir. 
Qeyd edək ki, müharibə dövründə bu cür təhlükəszilik tədbirləri almaq sadəcə Osmanlı dövlətinə məxsus olmayıb. Birinci dünya müharibəsi zamanı  elə ABŞ-ın özündə təxminən 480 min Alman mənşəli vətəndaş hüquqlarını məhdudlaşdıran xüsusi rejimli siyahıya alınıblar və onlardan təxminən 11 min nəfəri həbs edilib. Yenə ikinci dünya müharibəsi sırasında da təxminən 300 min Alman əsilli ABŞ vətəndaşlarının müxtəlif mülkiyyət və səyahət hüquqları 1940-ci ildən məhdudlaşdırılıb. Bundan başqa ikincisi dünya müharibəsində ABŞ dövləti ölkənin  Sakit Okean sahillərində yaşayan təxminən 120 min Amerikan vətəndaşı yaponu ölkə mlli təhlükəsizliyi əsas göstərərək  3 il ərzinə (1942-1945) xüsusi kamplarda yaşamağa məcbur edib.
ABŞ prezidentinin 1915 ilində baş verən hadisələri "soyqırım” kimi olaraq xarakterizə etməsi həm də ciddi bir hüquq pozuntusudur. Çünki 1948 ilində qəbul edilən Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyaya görə bir hadisənin "soyqırım”  kimi adlandırılması sadəcə beynəlxalq məhkəmə qərarı ilə mümkündür. Bundan əlavə bu konvensiya sadəcə qəbul edildiyi tarixdən sonrakı hadisələrə tətbiq edilə bilər.  Beləliklə, ABŞ prezidenti bu açıqlaması ilə öz səlahiyyətlərini aşaraq ABŞ-ın da imzaladığı konvensiyasını kobud şəkildə pozub. 
Bundan başqa ABŞ prezidentin 1915 hadisələrini ermənilərin xatirəsini yad edərkən erməni üsyanı nətcəsində ölüdürüldüyü mötəbər elmi mənbələrlə sübut edilmiş minlərlə türk və kürdü yada salmamışdır. ABŞ perzidentinin bu ikili standartı özünü  Azərbaycanda baş verən bənzər qətlimalara münasibətində də göstərməkdədir. Qeyd edək ki, ABŞ prezidenti Co Bayden vəzifəyə başladıqdan sonra Sovet imperiyasının həyata keçirdyi 20 yanvar qətliamına, ermənilər etdiyi Mart 1918 qırğınına və Xocalı qətliamına  dair  gərəkli həssas mövqeyini ortaya qoymamışdır.   
ABŞ prezidentinin qondarma "soyqırım” iddiası Ermənistanda radikalların daha da güclənməsinə və Türkiyə-Ermənistan münasibətlərinin daha da gərginləşməsinə xidmət etməkdədir. Bundan başqa Baydeninn açıqlaması Ermənistanda revanşistlərin ruhlanmasına kömək etməkdə və Cənubi Qafqazda sülh və əməkdaşlığa mane olma təhlükəsi daşımaqdadır.
Co Baydenin bu açıqlaması Azərbaycan prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi "tarixi bir səhvdir.” 
Fikrimizcə, bu prosesin fonunda Azərbaycan-Türkiyə ilə çoxtərəfli əməkdaşlığını daha da dərinləşdirməlidir: "Həm ikili münasibətlər, həm Qafqaz, həm Türk birliyi, həm də Əfqanıstan, Pakistan, Türkiyə və Azərbaycan  kontekstində münasibətlərimizi sürətlə dərinləşdirməliyik. ABŞ-ın təzyiq imkanlarını məhdudlaşdırmaq üçün bunlar zəruridir. Türkiyə və Azərbaycan, habelə Ermənistanla iki tərəfli münasibətlərin tənzimlənməsi prosesində birgə hərəkət etməlidir.  
Yuxarıda qeyd edilənləri nəzərə alaraq ABŞ prezidentinin məlum açıqlamasının elmi, hüquqi, bəşəri, siyasi və strateji baxımdan yanlış olduğunu bildirir və "bir millət iki dövlət olaraq” gördüyümüz  Türkiyə Cumhuriyyətinin tarixinə böyuk bir böhtan kimi qiymətləndirirəm. 

Nazim Cəfərsoy,
Azərbaycan Dövlət İqtisad Unversitetinin (UNEC) baş müəllimi,
siyasi elmlər üzrə fələsfə doktoru, Binəqədi rayon sakini


RƏYLƏR