Dünyanın 7 ölkəsində ödənişsiz təhsil almaq istəyənlərə ŞAD XƏBƏR

OXUNUB: 1281 MARAQLI
Xaricdə ödənişsiz təhsil almaq istəyənlər üçün Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyəti (AKDC) yeni imkanlar açır. Cəmiyyətdən 7NEWS.az-a bildirilib ki, bunun üçün AKDC dünyanın 7 ölkəsində fəaliyyət göstərən və əsas tədris mərkəzi Şimali Kipr Türk Cümhuriyyətində yerləşən Girne American Universiteti (GAU) ilə müqavilə imzalayıb. Müqaviləyə əsasən, təqaüd imtahanında uğurlu nəticə əldə edən abituriyentlər bakalavr, magisturatura pilləsində təhsillərini davam etdirmək arzusunda olan tələbələr isə ödənişsiz təhsil almaq imkanı qazanacaqlar. Dünyanın 7 ölkəsində təhsil almaq istəyən abituriyent və tələbələr 5 avqust 2017-ci ildə Bakı şəhərində imtahan verəcəklər. İmtahan ingilis və türk dillərində keçiriləcək. AKDC və GAU ilk olaraq bakalavr təhsili üçün 30, magistr pilləsi üçün isə 15 tələbəyə təhsil haqqından tam azad olma hüququ verəcək. Bundan başqa, 15 tələbəyə isə təhsil haqqından 75 faiz güzəşt olunacaq. Azərbaycanda Hədəf kurslarının dəstəyiilə baş tutacaq imtahanlar GAU-nın əməkdaşları tərəfindən 5 avqust 2017-ci il, saat 11:00-da Hədəf kurslarının Azadlıq filialında keçiriləcək. Bu imtahanlarda uğurlu nəticə əldə edənlər bir il GAÜ Şimali Kipr kampüsündə təhsil aldıqdan sonra GAU-nın Amerika, İngiltərə, Şri Lanka, Moldova və.s tədris mərkəzlərində də təhsil alma imkanı əldə edə biləcəklər. Məlumat üçün bildirək ki, Girnə American Universiteti artıq 35 ildən çoxdur ki, fəaliyyət göstərir. 3 fərqli qitədə 7 universitetə sahib olan GAU, eyni zamanda ən reytinqli universitetlərdən biridir.

RƏYLƏR