Dünyanın 80-dən çox ölkəsində gizli bölmələri var - Moskvadan SOS

OXUNUB: 564 DÜNYA

"Əl-Qaidə” beynəlxalq terror qruplaşmasının dünyanın 80-dən çox ölkəsində gizli bölmələri var.

Bunu "Arqumentı i faktı” nəşrinə müsahibəsində Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.

"Terrorçuların başçıları anlayırlar ki, əvvəlki hökmranlıq zonalarında onları ölüm gözləyir. Buna görə də taktikanı dəyişdirməyə başladılar. Radikal ideologiyanın geniş yayılması üçün dünyanın müxtəlif ölkələrində gizli terror qrupları hazırlanır. Müxtəlif qiymətləndirmələrə görə, yalnız "Əl-Qaidə” dünyanın 80-dən çox ölkəsində, həmçinin ABŞ və Kanadada gizli qruplara malikdir”, - Patruşev deyib./publika

İcmal.Az

RƏYLƏR