Dünyanın ən qeyri-adi insanları - Oxuduqlarınıza inanmayacaqsınız - FOTOLAR

OXUNUB: 1032 MARAQLI

Bəzən elə insanlar görürük ki, onların həqiqətən də real olduğuna inanmaq çətin gəlir. Bəzən insanlar öz təbii görünüşlərini hansısa personaj və ya tanınmış simalara bənzəmək üçün fəda edirlər. Bu hər zaman uğurlu alınmır.

Texnologiyanın və tibbin son dərəcə inkişaf etdiyi dövrdə bu elə də çətin deyil. Pulunu ödəyib günü sabah da Cenifer Lopez, Arnold Şvartsnegger kimi tanınmış simalara və ya "Barbi" kimi oyuncaq personajlara bənzəmək olar.

Publika.az sizə uğursuzluq səbəbindən qəribə bədən quruluşuna sahib olan insanların fotolarını təqdim edir:

1. Amerikalı Karvi Mikel Ruffinelli dünyada ən böyük ombalara sahib qadındır. O öz fiqurası ilə fəxr edir. Onun ombalarının ölçüsü 275 santimetr təşkil edir. Karvi Mikel Ruffinelli deyir ki, tək problemi ictimai nəqliyyatdan normal istifadə edə bilməməkdir. Karvi hər dəfə iki bilet almağa məcbur olur.

2. 30 yaşlı britaniyalı model Kelli uşaqlıq illərindən "Marvel" komikslərinə oxşamaq istəyib. Arzusunu reallaşdırmaq üçün o, 20 il ərzində taxdığı korseti çıxarmayıb. Cəmi 7 ildən sonra onun belində gözə çarpacaq dərəcədə incəlmələr gedib. Belinin ölçüsü 40-80 santimetrə qədər incəlib. Sağlamlığına ziyan olsa da, arzusunu reallaşdırıb.

3. Gördüyünüz cavan oğlanın cəmi 16 yaşı var. Bəli, o, qoca görünsə də, gəncdir. Sem Berns nadir genetik xəstəlikdən əziyyət çəkib. Bu xəstəliyə yer üzündə 8 milyondan bir insanda rast gəlinir. Bütün həyatı boyu Sem insanları bənzər genetik xəstəliklər haqqında məlumatlandırıb. Təəssüf ki, Sem Berns xəstəlik səbəbindən 2014-cü ildə, 17 yaşında vəfat edib.

4. Amerikalı gənc Arnold Şvarsnegger kimi əzələlər arzusunda olub. Qeyri-peşəkar şəkildə məşq edən oğlan sonunda bu vəziyyətə gəlib.

5. 7 yaşlı Şarlotta Qarside məşhur nağıldan "Dyuymovuçkanı" xatırladır. Onun çəkisi 4,5 kiloqramdır. 7 yaşı olmasına baxmayaraq yeni doğulmuş uşağın çəkisindədir. Qız nadir genetik xəstəlikdən - primordial nanizmdən əziyyət çəkir. Mutasiyaya indiyə qədər cəmi 100 insanda rast gəlinib.

6. Hindistanlı İbrahim Xamato əlsiz doğulub. Tennis oynamaq arzusu onu zirvəyə aparıb. Üzərində işləyən İbrahim bütün dünyaya sübut edib ki, həyatda əzmin, iradənin qalib gələ bilməyəcəyi heç nə yoxdur. Ağız ilə raket saxlayaraq tennis oyanayan İbrahim əla oyunçulardandır.

7. Taylanddan olan Çian Meyin maraqlı qabiliyyəti var. O qətiyyən heç bir ağrı hiss etmir. Onun dərisi yüksək istilikdə belə yanmır. O, rahat şəkildə qaynayan yağa əllərini sala bilir.

8. Daş, qaya, qum... bunlar yeməli şeylər deyil. Lakin bu adam gündəlik olaraq daş, qum yeyir. Rahatlıqla kərpici dişləyib yeyən adamın həzm sistemi normal insanlardan seçilmir. Həkimlərin sözlərinə görə, onun heç bir sağlamlıq problemi yoxdur. Ən azından o, heç vaxt aclıqdan əziyyət çəkməyəcək.

İcmal.Az

RƏYLƏR