Düşmənə ağır ZƏRBƏ - Strateji məntəqə ələ keçirildi

OXUNUB: 580 DÜNYA

Türkiyə Silahlı qüvvələri və Azad Suriya Ordusunun (ASO) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi "Zeytun budağı” əməliyyatı çərçivəsində daha bir yaşayış məntəqəsi ələ keçirilib.

 ASO Afrinin qərbində yerləşən Cinderes bölgəsinin Əl-Hamam kəndi və ətraf təpələri PYD terror təşkilatından təmizləyib.

Cinderes bölgəsi PYD/PKK-nın Türkiyənin Hatay vilayətinin Reyhanlı mahalına hücumlar təşkil etdiyi ərazi olmaqla yanaşı, Afrinə birbaşa uzanan vadidə yerləşir. Bölgə Türkiyə Silahlı qüvvələri və ASO-nun irəliləməsi üçün strateji əhəmiyyət daşıyır.

Qeyd edək ki, Afrinin qərbi, şimalı və şimali-qərbindən başlayan əməliyyatın ilk 4 günündə 14 yaşayış məntəqəsi ələ keçirilmişdi./publika

İcmal.Az

RƏYLƏR