Dövlət başçısı: “Biz Kəlbəcər şəhərini də, kəndləri də yenidən quracağıq”

OXUNUB: 541 index-manşet SİYASƏT

"Kəlbəcər şəhəri, yolun sağında da, solunda da bir dənə də salamat bina yoxdur. Baxmayaraq ki, ermənilərin bir hissəsi Kəlbəcərdə qanunsuz məskunlaşmışdılar, ancaq azərbaycanlılara məxsus evləri yerlə-yeksan etmişlər. İndiki Kəlbəcər şəhəri bax budur”.

Bu sözləri Azərbaycan Prezidenti Kəlbəcərə səfəri zamanı deyib.

"Biz Kəlbəcər şəhərini də, kəndləri də yenidən quracağıq. Baxın, bütün evlər dağılmış vəziyyətdədir”, - deyə dövlət başçısı bildirib.

Dövlət başçısının görüntülərini Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqramdakı hesabında paylaşıb.

RƏYLƏR