Dövlət başçısı: "Vaxt dəyişir, amma erməni faşizminin eybəcər sifəti dəyişmir"

OXUNUB: 532 index-manşet SİYASƏT

"Artıq Kəlbəcər şəhərindəyik. Erməni vəhşiliyinin təməlləridir bu. Şəhər ermənilər tərəfindən tamamilə dağıdılmışdır”.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Laçın rayonuna səfəri zamanı deyib.

"Ermənilər başqa şəhər və kəndlərimiz kimi, Kəlbəcəri də dağıdıblar. Bütün binalar dağıdılıb. Bəzi binalarda ermənilər qanunsuz yaşayıblar. Burdan çıxanda da o binaları yandırıb sökdülər. Vaxt dəyişir, amma erməni faşizminin eybəcər sifəti dəyişmir”, - Azərbaycan Prezidenti bildirib.

Dövlət başçısının görüntülərini Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqramdakı hesabında paylaşıb.

RƏYLƏR