Dövlət Departamenti Rusiyanı aranı qızışdırmaqda ittiham edib

OXUNUB: 599 DÜNYA

ABŞ-ın kürdləri silahlandırması haqqında Rusiyanın bəyanatı Türkiyə və ABŞ arasında ədavət salmaq məqsədi daşıyır.  

Bu bəyanatı ABŞ Dövlət Departamentinin sözçüsü Hezer Nauert jurnalistlər üçün keçirilən brifinqdə səsləndirib:

"Bu cür bəyanatlar təbliğat xarakterlidir. Mənə elə gəlir ki, onlar iki NATO müttəfiqi - ABŞ və Türkiyə arasında ədavət salmağa çalışır”.

Bundan əvvəl rəsmi Moskva ABŞ hökumətinin Suriyada kürd yaraqlıları silahlandırdığını vurğulayaraq, Türkiyənin Afrindəki "Zeytun Budağı” əməliyyatına görə məhz Vaşinqtonun məsuliyyət daşıdığını bəyan etmişdi.  /oxu

İcmal.Az

RƏYLƏR