Dövlət Vergi Xidmətindən yerli İKT şirkətinə 9 milyon manatlıq sifariş

OXUNUB: 580 İQTİSADİYYAT

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Yeni AVİS 2 informasiya sisteminin yaradılmasının 3-cü mərhələsi (reliz 3) üzrə yeni platforma bazasında Bəyannamə, Kargüzarlıq, Şəxsi Hesab Vərəqəsi, Borclar, VÖEN altsistemlərinin əsas funksional bölmələrinin analiz edilməsi, Bəyannamə və Kargüzarlıq altsistemlərinin əsas funksional bölmələrinin proqramlaşdırması, təlimatların hazırlanması və təlimlərin keçirilməsi işlərinin yerinə yetirilməsi" üçün elan etdiyi tenderi yekunlaşdırıb.

Marja xəbər verir ki, qalib şirkət "Cybernet" MMC-dir.

Marja xəbər verir ki, Dövlət Vergi Xidməti qalib şirkət ilə 8 milyon 924 min manatlıq müqavilə imzalayıb.

"Cybernet" MMC Azərbaycanda informasiya texnologiyası xidmətləri və həlləri təqdim edən aparıcı şirkətlərdən biridir. Şirkət  Proqram Təminatının yazılması, Sistem Arxitekturasının hazırlanması, İT infrastrukturunun qurulması ilə məşğul olur. "Cybernet" şirkəti  Azərbaycanda Dövlət xidmətlərinin avtomatlaşdırılması və elektron xidmətlərinin yaradılmasında böyük rol oynamışdır.

RƏYLƏR