Əcnəbi deputatlar seçkilərə münasibət bildiriblər - YENİLƏNİB

OXUNUB: 679 SİYASƏT

Azərbaycanda seçkilər normal olub. Yeddi seçki məntəqəsində olduq və hər şey çox gözəl təşkil olunmuşdu. Seçicilər üçün hər cür şərait yaradılmışdı. Ona görə deyə bilirəm ki, seçkilər normal keçdi.

İcmal.Az-ın xəbərinə görə, bunu Böyük britaniyalı deputat David Morris deyib.

09:36

Dünən təxminən 10 seçki məntəqəsində olduq. Azərbaycanda seçkilər çox demokratik şəraitdə keçirildi, heç bir qanun pozuntusuna rast gəlmədik. 

İcmal.Az-ın məlumatına görə, bunu Qırğızıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərinin müavini Talaybek Masabirov deyib. 

"Səsvermə bərabərhüquqlu şəkildə baş tutdu. İlham Əliyevin yenidən prezident seçilməsi münasibətilə Azərbaycan xalqını  təbrik edirəm”, - deyə o bildirib.

09:27

Mən ilk öncə Azərbaycan parlamentinə minnətdaram. Çünki ilk dəfədir buradayam və çox hörmətlə qarşılandıq. Biz 14 seçki məntəqəsində olduq və deyə bilirəm ki, seçkilər demokratik keçdi. Xalqınıza uğurlar arzu edirəm.

İcmal.Az-ın xəbərinə görə, bunu çexiyalı deputat Yirji Valenta prezident seçkiləri ilə bağlı təşkil olunan mətbuat konfransında bildirib.

Öz növbəsində rumıniyalı deputat Viktor Ponta bildirib ki, Azərbaycanda seçkilər demokratik şərtlərə uyğun olub:

"Seçkilər beynəlxalq standartlara cavab verir. Biz mövqeyimiz tam olaraq yazılı şəkildə bildirəcəyik”.

İcmal.Az

RƏYLƏR