Britaniyada yayımlanan "Channel 5"in rəhbərliyi və "Celebrity Big Brother" verilişinin prodüserləri efirə gedən açıq-saçıq kadrlara görə tənqid ediliblər.
Channel 5-in efirində Celebrity Big Brother"in transseksual iştirakçısı olan İndiya Villabinin alt paltarsız görüntüləri yayımlanıb.
Onun güzgünün qarşısında alt paltarsız makiyaj etdiyi kadrlar izləyicilərin etirazına səbəb olub. Onlar kanal rəhbərliyini niyə belə açıq-saçıq kadrları verdiklərinə görə deyil, transgenderi reklam etdiklərinə görə qınayıblar.
"Başqa qadın məşhur olsa, heç belə kadrların efirə getməsinə imkan verməzdilər".
Qeyd edək ki, "Celebrity Big Brother" tanınmışların bir evdə yaşadığı realiti-şoudur. İndia isə qadınlarla eyni otaqda
qalır./milli



İcmal.Az

























