Əfqanıstanın cənubunda 63 “Taliban” silahlısı məhv edilib

OXUNUB: 627 DÜNYA

Əfqanıstanın cənubunda ABŞ aviasiyasının endirdiyi hava zərbələri nəticəsində azı 63 "Taliban” hərəkatının silahlısı məhv edilib.

Hava əməliyyatı Paktika əyalətində keçirilib.

Əməliyyatı zamanı "Taliban”a məxsus silah və döyüş sursatı məhv edilib.

Qeyd edək ki, son aylar ərzində Əfqanıstanda vəziyyət gərginləşib. "Taliban” və İŞİD silahlılarının fəallığı daha da artıb./oxu

İcmal.Az

RƏYLƏR